"Fənərbaxça"nın futbolçusu "Arsenal"a keçə bilər

21:40 - 15 Fevral 2024

"Fənərbaqxça"nın futbolçusu Fərdi Kadıoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki. 24 yaşlı sol cinah müdafiəçisinin xidmətində "Arsenal" maraqlıdır. Bu barədə "Daily Spor" məlumat yayıb.

London təmsilçisinin skautları növbəti 3 matçda türk futbolçunu izləyəcək. "Arsenal"ın Fərdi üçün 27 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, "Fənərbaxça" Fərdi Kadıoğlunu 2018-ci ilin yayında "NEK Neymegen"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti