PSJ Premyer Liqadan 2 futbolçunu transfer etmək istəyir

12:56 - 17 Fevral 2024

PSJ yayda heyətini yeni oyunçularla gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi İngiltərə Premyer Liqasından iki futbolçunun xidmətində maraqlıdır.

PSJ "Mançester Siti"dən Bernardo Silva, "Nyukasl"dən isə Bruno Gimaraeşi transfer etmək istəyir. Bu barədə "L'Equipe" nəşri məlumat yuayıb.

Fransa klubu hər iki yarımmüdafiəçi üçün onların klubları ilə danışıqlara başlayacaq.

Xəbər xətti