MOİK yenə məğlub oldu

22:19 - 29 Fevral 2024

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun baş tutub.

Sportal.az xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində MOİK və “Murov Az Terminal” klubları üz-üzə gəliblər. Oyun “Murov Az Terminal”ın üstünlüyü ilə keçib. Fərid Cəlalovun yetirmələri qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılıblar.

Beləliklə, “Azərreyl” 30 xalla (10 qələbə) turnir cədvəlində liderlik edir. “Murov Az Terminal”ın 24 xalı (9 qələbə), “Neftçi”nin 19 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

29 fevral

Yüksək Liqa (kişilər)

MOİK - “Murov Az Terminal” 0:3 (14:25, 15:25, 19:25)

Xəbər xətti