"Mançester Yunayted" niderlandlı hücumçu ilə maraqlanır

21:09 - 6 Mart 2024

"Mançester Yunayted" hücum xəttini yeni oyunçular ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Bolonya"da çıxış edən Coşua Zirkze ilə maraqlanır. Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar"ın 22 yaşlı forvard üçün yayda İtaliya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Bolonya" Coşua Zirzkeni 2022-ci ilin yayında "Bavariya"dan transfer edib. Niderlandlı futbolçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti