Milliyə dəvət edilən Türkiyə klubunun futbolçusu: "Çoxdandır ki, gözləyirdim"

19:22 - 10 Mart 2024

"Milli komandaya dəvət edilmək xüsusi hisslərdir. Təbii ki, milliyə qayıdacağım üçün özümü xoşbəxt hesab edirəm. Bu dəvəti çoxdan gözləyirdim".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Boluspor”un futbolçusu Vüsal İsgəndərli deyib.

Martın 22-25-i aralığında Bakıda FIFA tərəfindən ilk dəfə "FIFA series – Edition 2024" adlı layihə çərçivəsində keçiriləcək oyunlar üçün Azərbaycan millisinə dəvət edilmiş yarımmüdafiəçi həmin görüşlər barədə danışıb:

"Milli komandada oynamaq hər zaman özəldir. Rəqibin kimliyindən asılı olmayaraq belədir. Meydana çıxmaq şansı verilərsə, əlimdən gələni edəcəm. Doğrudur, milli komandanın heyətində artıq oynamışam. Amma milli elədir ki, orada hər zaman oynamaq üçün hazır olmalısan".

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı Monqolustan, Tanzaniya və Bolqarıstan iştirak edəcək.

Mirbağırağa

Xəbər xətti