"Mançester Yunayted"dən gənc futbolçu üçün 90 milyon avroluq təklif

19:42 - 11 Mart 2024

"Mançester Yunayted" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Everton"da çıxış edən Carred Brantueytin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Mançester təmsilçisinin baş məşqçi Erik ten Haq 21 yaşlı mərkəz müdafiəçisini komandasında görmək istəyir. "Mançester Yunayted" gənc oyunçu üçün 90 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Everton" Carred Brantueyti 2020-ci ilin yanvar ayında "Çarlisle Yunayted"dən transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti