"Mançester Yunayted" futbolçusu üçün 50 milyon avro tələb edir

21:30 - 12 Mart 2024

"Mançester Yunayted" icarə əsasında "Xetafe"də çıxış edən Meyson Qrinvudla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ingiltərəli futbolçunu mövsümün sonunda satacaq. Bu barədə "Marca" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" 22 yaşlı vinger üçün 50 milyon avro tələb edəcək. Oyunçu ilə "Barseloan", "Atletiko" və Səudiyyə Ərəbistanı klubları maraqlanır.

Qeyd edək ki, Meyson Qrinvud 2023-cü ilin yayından "Xetafe"də çıxış edir. İngiltərə millisinin sabiq üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun icarə müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti