"Barselona" "Liverpul"un futbolçusunu transfer etmək istəyir

21:15 - 13 Mart 2024

"Barselona" mövsümün sonunda hücum xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "Liverpul"da çıxış edən Luis Diasın xidmətində maraqlıdır. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

İngiltərə klubu 27 yaşlı vingeri 120 milyon avrodan aşağı qiymətə satmağı düşünmür. PSJ də futbolçunu transfer etmək istəyir.

Qeyd edək ki, "Liverpul" Luis Diası 2022-ci ilin yanvar ayında "Portu"dan transfer edib. Kolumbiya millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti