"Mançester Yunayted"in hücumçusu PSJ-yə keçə bilər

22:29 - 13 Mart 2024

"Mançester Yunayted"in hücumçusu Markus Reşford karyerasını Fransada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, ingiltərəli futbolçunun xidmətində PSJ maraqlıdır. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

Paris təmsilçisi yayda 25 yaşlı forvard üçün İngiltərə klubuna 75 milyon funt-sterlinqlik rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Markus Reşford "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Xəbər xətti