Avropa nəhəngləri "Bavariya"nın futbolçusunu transfer etmək istəyir

19:32 - 19 Mart 2024

Yozua Kimmix mövsümün sonunda "Bavariya"dan ayrılmaq istəyir.

Sportal.az xəbər verir ki, alman yarımmüdafiəçi karyerasını başqa ölkədə davam etdirmək niyyətindədir. Bu barədə "Sky Sports" məlumat yayıb.

"Real", "Barselona", "Mançester Siti", "Liverpul" və "Arsenal" Kimmixi transfer etməyə cəhd göstərir. Almaniya klubu sərfəli təklif gələcəyi təqdirdə, 29 yaşlı orta xətt oyunçusunu satmağa hazırdır.

Qeyd edək ki, "Bavariya" Jozuo Kimmixi 2015-ci ilin yayında "Ştutqart"dan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti