Mançester nəhəngləri "Bayer"in müdafiəçisini transfer etmək istəyir

17:11 - 1 Aprel 2024

"Bayer"in müdafiəçisi Cderemi Frimponq karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Mançester Siti" niderlandlı futbolçunu transfer etmək üçün mübarizə aparır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

23 yaşlı sağ cinah müdafiəçisinin müqaviləsində yalnız bu yayda qüvvədə olacaq 40 milyion avroluq sərbəstqalma maddəsi var.

Qeyd edək ki, "Bayer" Ceremi Frimponqu 2021-ci ilin yanvar ayında "Seltik"dən transfer edib. Niderland millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 11 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına kimidir.

Xəbər xətti