Neymar sabiq klubuna qayıdacaq

17:55 - 1 Aprel 2024

"Əl-Hilal"ın futbolçusu Neymar Braziliyaya qayıdacaq.

Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu yetirməsi olduğu "Santos"a dönməyi planlaşdırır. Braziliya klubunun prezidenti Marselo Teyşeyra da məlumatı təsdiqləyib.

Ulduz futbolçu 2025-ci iljn yayında "Santos"a qayıdacaq. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi məhz bu tarixdə başa çatır.

Qeyd edək ki, Neymar 2013-cü ilin yayında "Santos"dan "Barselona"ya transfer olunub. O, daha sonra PSJ-yə keçib. Braziliya millisinin üzvü 2023-cü ilin yayından "ƏI-Hilal"da çıxış edir.

Xəbər xətti