"Qalatasaray" xorvatiyalı yarımmüdafiəçi ilə maraqlanır

17:51 - 5 Aprel 2024

"Qalatasaray" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Xorvatiyanın "Riyeka" klubunda çıxış edən Niko Yankoviçlə maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Skautlar 22 yaşlı yarımmüdafiəçi ilə bağlı "Qalatasaray"ın baş məşqçisi Okan Buruka məlumat verib. 50 yaşlı mütəxəssis xorvat futbolçunu bəyənib.

"Sarı-qırmızılar" yayda Yankoviç üçün Xorvatiya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Riyeka" Niko Yankoviçi 2023-cü ilin yanvar ayında Zaqreb "Dinamo"sundan transfer edib. Xorvatiya U-21 millisinin üzvü bu mövsüm komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti