Türkiyə millisinin üzvü "Seltik"ə keçə bilər

13:52 - 7 Aprel 2024

"Trabzonspor"un qapıçısı Uğurcan Çakır karyerasını Şotlandiyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 28 yaşlı qolkiperin xidmətində "Seltik" maraqlıdır. Bu barədə Şotlandiya mətbuatı məlumat yayıb.

Premyer Liqa klubu türk futbolçunun menecerini transfer danışıqları üçün Qlazqoya dəvət edib. "Seltik" Uğurcan üçün Türkiyə klubuna 7,5 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, Uğurcan Çakır "Trabzonspor"un yetirməsidir. O, cari mövsümdə komandanın heyətində 33 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti