"Brayton"dan Ansu Fati qərarı

12:48 - 8 Aprel 2024

"Brayton" "Barselona"dan icarəyə götürdüyü Ansu Fati ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 21 yaşlı vingeri komandada saxlamayacaq. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

"Barselona" da Fatini yeni mövsüm üçün heyətdə düşünmür. Kataloniya təmsilçisi ispaniyalı futbolçunu yenidən icarəyə verəcək. "Vulverhempton", "Sevilya" və "Valensiya" oyunçunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Ansu Fati mövsümün əvvəlində "Brayton"a keçmişdi. İspaniya millisinin üzvü "qağayılar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti