"Real" "Mançester Yunayted"in futbolçusunu transfer etmək istəyir

17:36 - 9 Aprel 2024

"Mançester Yunayted"in futbolçusu Kobbi Meynu karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" 18 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Madrid təmsilçisi gənc oyunçunu Luka Modriç və Toni Kroosun gedişindən sonrakı dövr üçün əsas hədəf hesab edir. "Real"ın prezidenti Florentino Peres Meynu üçün yüksək məbləğdə təzminat ödəməyə hazırdır.

Qeyd edək ki, Kobbi Meynu "Mançester Yunayted"in yetirməsidir. İngiltərə milli komandasının üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 26 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti