"Bavariya" onun üçün 70 milyon avro tələb edir

16:51 - 10 Aprel 2024

"Bavariya" yayda Kinqsi Koman ilə yollarını ayıra bilər.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi fransalı vinger üçün gələn təklifləri dəyərləndirəcək. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Almaniya klubu Koman üçün 70 milyon avro tələb edir. İspaniya və İngiltərə klublarının 27 yaşlı futbolçu ilə maraqlandığı bildirilir.

Qeyd edək ki, "Bavariya" Konqsi Komanı 2017-ci ilin yayında "Yuventus"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Xəbər xətti