Premyer Liqa nəhəngləri ukraynalı futbolçunu transfer etmək istəyir

21:38 - 10 Aprel 2024

"Şaxtyor"un futbolçusu Giorgi Sudakov karyerasını İngiltərə Premyer Liqasında davam etdirir.

Sportal.az xəbər verir ki, Premyer Liqada çempionluq uğrunda mübarizə aparan klublar ukraynalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Mançester Siti", "Liverpul" və "Arsenal"ın 21 yaşlı vingeri heyətinə qatmaq üçün yarışdığı bildirilir.

Qeyd edək ki, Giorgi Sudakov "Şaxtyor"un yetirməsidir. Ulrayna millisinin üzvü bu mövsüm Donetsk təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin sonuna kimidir.

Xəbər xətti