PSJ ulduz futbolçunun keçidini yekunlaşdırır

12:30 - 11 Aprel 2024

PSJ yayda hücum xəttini yeni futbolçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi "Napoli"nin forvardı Viktor Osimhenin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

PSJ-nin nigeriyalı hücumçunun keçidi ilə bağlı İtaliya klubu ilə 120 milyon avroya razılıq əldə etdiyi bildirilir.

Qeyd edək ki, "Napoli" Viktor Osimheni 2020-ci ilin yayında "Lill"dən transfer edib. 25 yaşlı futbolçu bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti