"Liverpul"un müdafiəçisi "Fənərbaxça"ya keçə bilər

15:20 - 11 Aprel 2024

"Fənərbaxça"nın "Atletiko"dan icarəyə götürdüyü Çağlar Söyüncü yayda İspaniya klubuna qayıdacaq. İstanbul təmsilçisi Leonardo Bonuççi ilə isə yollarını ayıracaq.

Sportal.az xəbər verir ki, Türkiyə klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək. "Fənərbaxça"nın gündəmində olan oyunçu "Liverpul"da çıxış edən Joel Matipdir.

Super Liqa təmsilçisi yayda İngiltərə klubu ilə müqaviləsi başa çatan 32 yaşlı mərkəz müdafiəçisini azad agent statusu ilə heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, "Liverpul" Joel Matipi 2016-cı ilin yayında "Şalke"dən transfer edib. Kamerunlu futbolçu bu mövsüm komandanın heyətində 14 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti