Azərbaycan millisi növbəti yoldaşlıq görüşündə Gürcüstanla qarşılaşıb.
Sportal.az xəbər verir ki, yığma komandamız bu dəfə də rəqibinə(2:1) uduzub.
Millimizin baş məşqçisi Vitali Borisov azfutzal.az-a açıqlama verib:
"Komanda olaraq daha yaxşı oynadıq. Rəqibə daha az real qol şansı verdik. Əksinə, birinci oyunla müqayisədə fərqlənmək üçün bu dəfə daha çox epizodumuz oldu. Narazı qaldığım məqam odur ki, yenə qolları standart vəziyyətlərin icrasından sonra buraxdıq. Bunun üzərində çox işləməli, daha çox oyun keçirməliyik. Oyunun gedişində U-19-dan dəvət etdiyimiz İlham Alıyevə də debüt etmək şansı yaratdıq. Onun da ümidləri doğrultduğunu, komandamıza kömək etdiyini deyə bilərəm. Görüləsi işlər çoxdur və zaman lazımdır".
saytlarin hazirlanmasi