Almaniyalı yayda "Barselona"dan ayrılacaq

21:49 - 18 Aprel 2024

"Barselona"nın heyətində yayda köklü dəyişikliklər olacağı gözlənilir.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, İlkay Gündoğan Kataloniya klubundan ayrılmağı planlaşdırır.

33 yaşlı futbolçu futbolçunun "Barsa" ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Almaniya millisinin üzvü Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədir.

O, İspaniya klubunun rəhbərliyi ilə danışaraq onun yayda azad agent kimi başqa komandaya keçməsini xahiş edib. Gündoğanın yeni mövsümə yeni komandada başlayacağı gözlənilir.

Xəbər xətti