Azərbaycanda legioner həyatı yaşamış xorvatiyalı futbolçulardan Matiya Şpiçiç Sportal.az saytına açıqlama verib. "İnter"in(indiki "Şamaxı") keçmiş üzvü, hazırda Xorvatiya yüksək liqasında mübarizə aparan "HNK Qoritsa" klubunda fiziki məşqçi kimi çalışan Şpiçiç "Sabah"ın baş məşqçisi Krunoslav Renduliçdən danışıb.
O, həmyerlisi barədə müsbət fikirlər səsləndirib: "Krunoslav Renduliçi şəxsən tanıyıram. İlk növbədə, Rednuliç düzgün, yaxşı insandır. Məşqçi kimi də çox perspektivlidir. Onun təcrübəsi də az deyil. Ümid edirəm ki, o, "Sabah"a da çox yaxşı nəticələr qazandıracaq. Buna çox inanıram. Xorvatiyada insanlar onun işini çox yüksək qiymətləndirir. Çünki Krunoslavın zəngin futbolçu karyerası var. Hücum futbolu oynatmağı çox bəyənir".
Azərbaycanda iki il oynamış Matiya Krunoslavın "Sabah"dan öncə "Jrinski Mostar"da uğurlu nəticələr əldə etdiyini də deyib: "Renduliç “Jrinski Mostar"da ortaya əla iş qoymuşdu. Ona görə də, inanıram ki,"Sabah"da da yüksək nəticələrə imza ata biləcək. O, yaxşı məşqçidir, hücum futbolu oynatmağı bacarır, istədiyini komandaya tətbiq edə bilir və nəticə də qazanır".
saytlarin hazirlanmasi