"Çelsi" və "Mançester Siti" 18 yaşlı futbolçunu transfer etmək istəyir

22:24 - 22 Aprel 2024

"Sent Mirren"in yarımmüdafiəçisi Ethan Sazerland karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 18 yaşlı vingeri "Çelsi", "Mançester Siti" və "Kristal Pelas" transfer etmək istəyir. Bu barədə "Daily Record" nəşri məlumat yayıb.

Premyer Liqa klubları gənc oyunçunu transfer etmək üçün Şotlandiya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Ethan Sazerland "Sent Mirren"in yetirməsidir. O, bu ilin fevral ayında Şotlandiya I Liqasında mübarizə aparan "Alloa Athletik"ə icarəyə verilib. İstedadlı futbolçu komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti