"Mançester Yunayted" "İnter"ə 60 milyon avro təklif edəcək

11:23 - 24 Aprel 2024

"İnter"in müdafiəçisi Alessandro Bastoni karyerasını ingiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" yayda 25 yaşlı mərkəz müdafiəçisi üçün İtaliya klubuna 60 milyon avroluq rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "İnter" Alessandro Bastonini 2017-ci ilin yayında "Atalanta"dan transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.

Xəbər xətti