"Liverpul"dan 65 milyon avro tələb edirlər

17:30 - 25 Aprel 2024

"Ayntraxt"ın müdafiəçisi Villian Paço karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Liveroul" ekvadorlu futbolçunu transfer etmək istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

İngiltərə klubu artıq 21 yaşlı mərkəz müdafiəçisinin klubu və agenti ilə danışıqlara başlayıb. Frankfurt təmsilçisi gənc oyunçu üçün 65 milyon avro tələb edir.

Qeyd edək ki, Villian Paçonu 2023-cü ilin yayında "Antverpen"dən transfer edib. Ekvador millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti