"Napoli" Osimhenə əvəzləyici tapdı

16:29 - 26 Aprel 2024

"Napoli" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki. neapol təmsilçisi komandadan gedəcəyi gözlənilən Viktor Osimhenə əvəzləyici tapıb.

İtaliya klubu "Lill"də çıxış edən Conatan Devidi transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Napoli" rəsmiləri mövsüm bitdikdən sonra kanadalı forvarın klubu ilə danışıqlara başlayacaq. Fransızlar futbolçunu 50 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Qeyd edək ki, "Lill" Conatan Devidi 2020-ci ilin yayında "Gent"dən transfer edib. 24 yaşlı hücumçu bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 24 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Kanada millisinin üzvünün "Lill"lə müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti