"Bayer" 20 milyon avroluq təklifi rədd etdi

18:12 - 26 Aprel 2024

"Atletiko" müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Bayer"də çıxış edən Pyero İnkapyenin xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Atletiko" Ekvador milli komandasının üzvü üçün Leverkuzen təmsilçisinə 20 milyon avroluq rəsmi təklif göndərib. Almaniya klubu bu təklifi qəbul etməyib.

Qeyd edək ki, "Bayer" Pyero İnkapyeni 2021-ci ilin yayında Argentinanın "Talyeres" klubundan transfer edib. 22 yaşlı mərkəz müdafiəçisi biu mövsüm komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti