Argentinalı futbolçu "Barselona"ya keçə bilər

19:16 - 27 Aprel 2024

"Betis"in yarımmüdafiəçisi Quido Rodriqes yeni mövsümə başqa klubda başlaya bilər.

Sportal.az xəbər verir ki, argentinalı futbolçunu "Barselona" transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Kataloniya təmsilçisi yayda klubu ilə müqaviləsi başa çatan 30 yaşlı orta xətt oyunçusunu azad agent statusu ilə rənglərinə bağlamağı planlaşdırıb.

Qeyd edək ki, "Betis" Quido Rodriqesi 2020-ci ilin yanvar ayında Meksikanın "Amerika" klubundan transfer edib. Aregntina millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti