"River Pleyt"in müdafiəçisi "Beşiktaş"a keçə bilər

18:38 - 2 May 2024

"Beşiktaş" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "River Pleyt"də çıxış edən Paulo Diasla maraqlanır. Bu barədə Argentina mətbuatı məlumat yayıb.

"Qara qartallar" mövsüm bitdikdən sonra çilili mərkəz müdafiəçisi üçün Argentina klubu ilə danışıqlara başlayacaq. Moskva ÇSKA-sı da 29 yaşlı futbolçunu transfer etmək istəyir.

Qeyd edək ki, "River Pleyt" Paulo Diası 2019-cu ilin yayında "Əl-Əhli"dən transfer edib. Çili millisinin üzvü bu mövsüm komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti