"Qalatasaray" Səudiyyə Ərəbistanı klubunun futbolçusu ilə maraqlanır

21:07 - 2 May 2024

"Əl-Ettifaq"ın yarımmüdafiəçisi Berat Özdemir "Qalatasaray"a keçə bilər.

Sportal.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin prezidenti Samer ƏlMisehal məlumat verib. O, 5 milyon avroya futbolçunu satmağa hazır olduğunu bildirib.

"Qalatasaray"dan başqa "Lion" və bir ABŞ klubu da Beratla maraqlanır.

Qeyd edək ki, Berat Özdemir hazırda icarə əsasında "Trabzonspor"da çıxış edir. 25 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti