Premyer Liqa nəhəngləri ukraynalı futbolçunu transfer etmək istəyir

11:59 - 7 May 2024

"Çelsi" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Şaxtyor"da çıxış edən Georgi Sudakovu transfer etmək istəyir. Bu barədə "Daily mail" nəşri məlumat yayıb.

"Çelsi" Ukrayna klubunun 65 milyon avro tələb etdiyi 21 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün danışıqlara başlayacaq. Gənc oyunçu ilə "Arsenal" və "Liverpul" da maraqlanır.

Qeyd edək ki, Georgi Sudakov "Şaxtyor"un yetirməsidir. Ukrayna millisinin üzvü bu mövsüm Donetsk təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.

Xəbər xətti