"Qalatasaray" "Arsenal"ın futbolçusunu transfer etmək istəyir

17:55 - 8 May 2024

"Qalatasaray" yayda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Arsenal"ın yollarını ayırmaq istədiyi Tomas Partinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Sarı-qırmızılar" London təmsilçisi ilə 1 illik müqaviləsi olan qanalı yarımmüdafiəçini az məbləğ ödəyərək transfer etmək istəyir. "Qalatasaray" mövsüm bitdikdən sonra İngiltərə klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Tomas Parti bu mövsüm "Arsenal"ın heyətində 14 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti