"Yuventus"un müdafiəçisi "Mançester Yunayted"ə keçə bilər

21:59 - 8 May 2024

"Yuventus"un müdafiəçisi Qleyson Bremer karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" "sambaçı" üçün klubuna onun sərbəst qalma məbləği olan 51 milyon funt-sterlinqi ödəməyə hazırdır.

Qeyd edək ki, "Yuventus" Bremeri 2022-ci ilin yayında "Torino"dan transfer edib. 27 yaşlı mərkəz müdafiəçisi bu mövsüm komandanın heyətində meydana çıxdığı 37 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti