Bu mövsüm "Arsenal"da əsas heyətə düşə bilməyən Eron Ramzdeyl komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, 26 yaşlı qolkiper karyerasını Premyer Liqanın başqa klubunda davam etdirəcək.
"Nyukasl" ingilis qapıçı üçün "Arsenal"la danışıqlara başlayıb. Bu barədə "Telegraph" nəşri məlumat yayıb. "Sağsağanlar" qolkiper üçün London klubuna 18 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Arsenal" Eron Ramzdeyli 2021-ci ilin yayında "Şeffild Yunayted"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda qapısında 12 qol görüb.
saytlarin hazirlanmasi