Ruslar "Beşiktaş"ın hücumçusunu transfer etmək istəyir

18:31 - 20 May 2024

"Beşiktaş"ın hücumçusu Vensan Abubakar karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Spartak" kamerunlu forvardı transfer etmək istəyir. Bu barədə "Africa Foot" nəşri məlumat yayıb.

İstanbul klubu 32 yaşlı futbolçunu 4 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Vensan Abubakar bu mövsüm"Beşiktaş"ın heyətində meydana çıxdığı 33 rəsmi matçda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti