Polşa mətbuatı Rahil haqda: "Bu, mərkəz müdafiəçisi üçün qeyri-adi haldır"

13:17 - 21 May 2024

Polşa mətbuatı millimizin üzvü, “LKS Lodz”un müdafiəçisi Rahil Məmmədovun çıxışından yazıblar.

Sportal.az “weszlo.com”a istinadən xəbər verir ki, Məmmədovun performansı bəyənilib:

"Cari mövsümdə yəqin ki, özünüzə çox vacib sual vermisiniz: Rahil Məmmədov haradan gəlib? Əgər bu barədə heç vaxt düşünməmisinizsə, indi tam zamanıdır. Azərbaycanlı çox dəqiq uzun ötürmələr verir, amma təəssüf ki, müdafiə olunmağı bilmir. Razılaşın, bu, mərkəz müdafiəçisi üçün olduqca qeyri-adi haldır".

Qeyd edək ki, Məmmədovun formasını geyindiyi "LKS Lodz" sonuncu pilləni tutub və yeni mövsümdən aşağı liqada çıxış edəcək.

Xəbər xətti