"Real" Arda üçün gələn 51 milyon avroluq təklifi qəbul etmədi

19:57 - 21 May 2024

"Arsenal"dan sonra daha bir İngiltərə klubu "Real"ın futbolçusu Arda Güleri transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" türk yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Premyer Liqa nəhəngi 19 yaşlı futbolçu üçün "Real"a 51 milyon avroluq təklif göndərib. Lakin Madrid təmsilçisi bu təklifi qəbul etməyib. "Kral klubu" gənc oyunçunu satmaq fikrində deyil.

Qeyd edək ki, "Real" Arda Güleri mövsümün əvvəlində "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 6 qol vurub.

Xəbər xətti