"Qarabağ" - "Zirə" matçından əvvəl xalq artisti oxuyacaq

11:18 - 22 May 2024

İyunun 2-də "Qarabağ” və “Zirə” klubları arasında “Liv Bona Dea Arena”da Azərbaycan Kubokunun final qarşılaşması keçiriləcək.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, oyundan əvvəl Xalq artisti Aygün Kazımovanın iştirakı ilə konsert proqramı baş tutacaq.

Tədbir saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyununa biletlərin qiyməti yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdır.

Xəbər xətti