"İnter"lə uzunmüddətli müqavilə bağlamağa yaxınıq"

20:22 - 22 May 2024

Argentina millisinin forvardı Lautaro Martinez "İnter"lə yeni müqavilə ilə bağlı danışıqların gedişindən danışıb. 

Sportal.az xəbər verir ki, argentinalı "Sky Sport"a açıqlamasında Milan təmsilçisi ilə razılığa yaxın olduğunu söyləyib:

"İnter"lə yeni uzunmüddətli müqavilə bağlamağa yaxınıq. Bir neçə detalı müzakirə edirik. İstərdim ki, həftənin sonuna qədər ortaq məxrəcə gələk. Sonda hər şeyin necə olacağını bilmirəm, amma heç bir problem yoxdur".

26 yaşlı futbolçu 2018-ci ildə Argentinanın “Rasinq” klubundan “İnter”ə keçib. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-da bitəcək.
 

Xəbər xətti