Xorvatiya mətbuatı "Sabah"ın qələbəsindən yazdı: "Osiyek" üçün əla xəbərdir"

19:44 - 26 May 2024

Xorvatiya mətbuatı Azərbaycan Premyer Liqasının 36-cı turunda “Sabah”ın “Neftçi” üzərində qazandığı qələbədən (1:0) yazıb.

Sportal.az xəbər verir ki, “index.hr” portalında “Sabah”ın qələbəsinin “Osiyek” üçün nə qədər önəmli olduğu qeyd edilib:

"Azərbaycan çempionatının son turunda Krunoslav Renduliç “Sabah”ın baş məşqçisi “Neftçi” üzərində əzmkar qələbə qazandı. Renduliçin komandası avrokuboklar uğrunda mübarizədə birbaşa rəqibi olan səfərdə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldi. Beləliklə, “Sabah” çempionatda üçüncü yeri tutaraq, yeni mövsümdə Konfrans Liqasının təsnifat mərhələsində çıxış edəcək.

Bu, “Osiyek” üçün də əla xəbərdir. Çünki bu nəticə ilə onlar 2-ci raunddan keçə bilsələr, Konfrans Liqasının təsnifatının 3-cü raundunda səpələnməmişlər sırasında olacaqlar. “Neftçi” avrokuboklara vəsiqə qazansaydı, “Osiyek” UEFA-nın klub əmsalları reytinqində bir pillə aşağı düşəcəkdi".

Xəbər xətti