"Turan Tovuz"un legioneri: "Avrokuboklara vəsiqədən uzaq deyildik"

17:17 - 28 May 2024

"Avrokuboklara vəsiqədən uzaq deyildik. Sona qədər də mübarizənin içindəydik. Fikrimcə, mövsümü yaxşı səviyyədə başa vurduq. Avrokuboklara vəsiqə qazana bilməməyimiz bəzi detallarla bağlıdır. Hər halda, düzgün yolda irəliləyirik".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Turan Tovuz”un hücumçusu Paçu Luis deyib.

Bölgə klubunun yayda heyətinə qatdığı braziliyalı hücumçu yeni mövsümə də Azərbaycanda başlayacağını söyləyib. O, məsələ haqda bunları deyib:

"Mövsümü Azərbaycanda keçirməkdən zövq aldım. "Turan Tovuz" hər il inkişaf etməyi və böyüməyi hədəfləyən yaxşı klubdur. İndi əsas məsələ mövsümü yaxşı başa vurmaqdan ibarətdir. Son turda da qələbə qazandıq. Bəli, Azərbaycanda oynamaq xoşdur".

Xəbər xətti