"Liverpul"un qapıçısı Alisson Beker karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Əl-Nəssr" braziliyalı qolkiperi transfer etmək istəyir. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.
Ərəblər 31 yaşlı"əlcək sahibi" üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Liverpul" Alisson Bekeri 2018-ci ilin yayında "Roma"dan transfer edib. Braziliya millisinin üzvü son mövsümdə Mersisayd təmsilçisinin heyətində 32 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi