"Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlu karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real Sosyedad" türk futbolçunu transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
La Liqa klubu 25 yaşlı vinger üçün İstanbul təmsilçisinə 12+3 milyon avroluq təkliflə müraciət edib. Kerem özü "Real Sosyedad"a keçməyə isti yanaşır. Klublar arasında anlaşma əldə olunsa, keçid rəsmiləşəcək.
Qeyd edək ki, "Qalatasaray" Kerem Aktürkoğlunu 2020-ci ilin yayında "24 Erzincanspor"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətindəmeydana çıxdığı 54 rəsmi matçda 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi