"Qalatasaray" yayda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Moreyrense"də çıxış edən Qonçalo Frankonu transfer etmək istəyir. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
"Sarı-qırmızılar"ın 23 yaşlı yarımmüdafiəçinin transferini 2 milyon avroya tamamlamaq üzrə olduğu bildirilir.
Qeyd edək ki, "Moreyrense" Qonçalo Frankonu 2020-cilin yayında "Leyşoeş"dən transfer edib. Portuqaliyalı futbolçu son mövsümdə komandasının heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi