"Bavariya" yeni mövsüm üçün yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Kristal Pelas"da çıxış edən Adam Uortonu transfer etmək istəyir. Bu barədə "Independent" nəşri məlumat yayıb.
"Bavariya"nın yeni baş məşqçisi Vensan Kompani 20 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir. Almaniya nəhəngi gənc futbolçu üçün London klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Kristal Pelas" Adam Uortonu bu ilin fevral ayında "Blekbörn Rovers"dən 21 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 çempionat matçında 3 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.
saytlarin hazirlanmasi