Türkiyənin "Qalatasaray" klubu yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"in futbolçusu Meyson Qrinvudu transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Sarı-qırmızılar" İngiltərə klubu ilə 1 illik müqaviləsi olan 22 yaşlı vingeri uyğunn qiymətə heyətinə qatmağı hədəfləyir.
Qeyd edək ki, Müyson Qrinvud 2023/2024 mövsümünü icarə əsasında "Xetafe"də keçirib. İngiltərəli ön xətt oyunçusu La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi