"Roma" "Leypziq"dən icarəyə götürdüyü Anxelinyo ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, ispan müdafiəçinin performansı məşqçilər korpusunu qane edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İtaliya klubu 27 yaşlı futbolçunun transfer hüququna yiələnəcək. Paytaxt təmsilçisi bunun üçün "Leypziq"ə 5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Anxelinyo bu ilin yanvar ayında "Roma"ya keçib. İspaniya millisinin sabiq üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi