"Benfika" ilə müqaviləsi abaşa çatan Anxel Di Mariyanın yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, argentinalı vinger karyerasını ABŞ-də davam etdirəcək. Bu barədə ESPN televiziyası məlumat yayıb.
36 yaşlı futbolçu Lionel Messinin formasını geyindiyi "İnter Mayami"nin təklifini qəbul edib.
Qeyd edək ki, Anxel Di Mariya başa çatan mövsümdə "Benfika"nın heyətində meydana çıxdığı 48 rəsmi matçda 17 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi