"Beşiktaş" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, istanbul təmsilçisi "Mançester Yunayted"dən ayrıldığını açıqlayan Antoni Marsialı transfer etmək istəyir. Bu barədə "Sky Sports" məlumat yayıb.
"Qara qartallar" azad agent statusundan olan fransalı hücumçu ilə danışıqlara başlayacaq. Futbolçu ilə "Lion" və "Marsel" də yaxından maraqlanır.
Qeyd edək ki, Antoni Marsial 2015-ci ildən "Mançester Yunayted"də çıxış edirdi. 28 yaşlı forvard "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 371 rəsmi matçda 90 qol və 47 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi